logo

Baş Prokurorluq Abşeronda regional konfrans keçirəcək

12:32 13-12-2023 | icon 728
Baş Prokurorluq Abşeronda regional konfrans keçirəcək

Dekabrın 22-də Baş Prokurorluq tərəfindən Abşeronda ətraf region prokurorluqları və hüquq-mühafizə orqanlarının əməkdaşları, digər dövlət qurumlarının, habelə təhsil müəssisələrinin məsul şəxslərinin iştirakı ilə konfrans təşkil ediləcək.

YeniAvropa xəbər verir ki, bu barədə  Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, tədbirdə dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və bölgə mediası arasında operativ və səmərəli əməkdaşlığın qurulması məqsədilə müzakirələr aparılacaq.

Toplantı çərçivəsində Abşeron rayon Prokurorluğunda “Açıq qapı” günü təşkil ediləcək.

Xatırladaq ki, Baş Prokurorluq bundan əvvəl, Gəncə, Lənkəran, Şəki, Gədəbəy, Quba, Bərdə, Zaqatala, Sabirabad, Şəmkir, Göyçay və Astarada regional konfranslar keçirib.