logo

"Şahdağ"a 5 sm qar yağıb

10:30 13-12-2023 | icon 714
"Şahdağ"a 5 sm qar yağıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 13-ü saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv olub, dağlıq ərazilərdə qar yağıb.

Xidmətdən YeniAvropa-ya verilən məlumata görə, düşən yağıntının miqdarı Neftçalada 21 (aylıq normanın 72 faizi), Qobustanda 13, Sabirabad, Cəfərxanda 8, Ordubad, Biləsuvar, Lənkəran, Culfa, Sədərək, Şamaxı, Astara, Yardımlı, Balakən, Oğuz, Qəbələ, Şahbuz, Şərur, Gədəbəy, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Zaqatala, Şəki, Quba, Altıağac, Qusar, Şabran, Şahdağ, Tərtər, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Göytəpə, Kəlvəzdə 7 millimetrədək, Bakıda və Abşeron yarımadasında: Bakıda 10 millimetr (aylıq normanın 34 faizi), Sumqayıtda 5 millimetr (aylıq normanın 20 faizi), Maştağada 3, Binədə 2 millimetrədək olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 5 santimetr təşkil edib.

Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Balakən, Oğuz, Şəki, Zaqatala, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Göyçay, Lerik, Sumqayıt, Pirallahı, Çilov adasında duman müşahidə olunub, görmə məsafəsi 100-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5°-dək isti, Naxçıvan Muxtar Respublikasında 2-6° isti, Aran rayonlarında 7°-dək isti, dağlıq rayonlarda 3° şaxtadan 2°-dək isti olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin dekabrın 14-ü axşamadək davam edəcəyi gözlənilir.