logo

TDT ölkələri tələbələri üçün “Heydər Əliyev təqaüdü” təsis edilib

16:16 12-12-2023 | icon 994
TDT ölkələri tələbələri üçün “Heydər Əliyev təqaüdü” təsis edilib

Dekabrın 12-də İstanbulda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrdən olan tələbələr üçün təsis olunan “Heydər Əliyev təqaüdü” layihəsi ictimaiyyətə təqdim edilib.

YeniAvropa xəbər verir ki, mərasimində Türkiyədə fəaliyyət göstərən Azərbaycanın dövlət təşkilatlarının əməkdaşları, diplomatlar, rəsmi şəxslər, ziyalılar, KİV və QHT nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, TDT-nin Baş katibinin müavini Sədi Cəfərov, İbn Haldun Universitetinin rektoru Atilla Arkan, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş katibi Asəf Hacıyev, dünyaşöhrətli azərbaycanlı alim Məsud Əfəndiyev bu təqaüd proqramının Türk dövlətləri birliyi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.

Türkdilli dövlətlər arasında həmrəyliyə töhfə vermək və akademik fəaliyyətin artırılması məqsədilə təsis edilən təqaüd proqramı Azərbaycanın İstanbuldakı Baş konsulluğu ilə Türkiyənin İbn Haldun Universitetinin əməkdaşlığı əsasında ərsəyə gəlib. Layihə çərçivəsində hər il TDT-yə üzv və müşahidəçi ölkələrin hər birindən təhsil məqsədilə Türkiyəyə gələn bir tələbəyə təqaüd veriləcək.