Məscidlərdə vakant vəzifələrə müsahibə elan edilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün müsahibə elan edir.
YeniAvropa xəbər verir ki, bu barədə DQİDK-dan məlumat verilib. Bildirilib ki, müsahibə aşağıdakı vakant vəzifələri əhatə edir: Ağcabədi şəhəri “Cümə” məscidi – imam, Astara rayonu, Kijəbə qəsəbəsi "Lovayın" məscidi - imam müavini, Lənkəran rayonu, Separadi kənd məscidi - imam müavini, Tovuz şəhər məscidi – imam, Xaçmaz şəhəri “Təzə şəhər” məscidi – imam, Qax şəhər məscidi – imam və Bakı şəhəri, Yasamal rayonu “Təzəpir” məscidi - qadın dini ayinlərin icraçısı.
Müsahibədə iştirak etmək istəyən namizədlər 2023-cü il dekabrın 13-dən 2024-cü il yanvarın 13-ü saat 18:00-dək aşağıdakı sənədləri elektron qaydada [email protected] adresinə və ya kağız daşıyıcıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi 16, AZ 1001) təqdim etməlidirlər: Şəxsiyyət vəsiqəsinin surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış, tərcümeyi-hal, dini ali və orta ixtisas təhsil haqqında sənədin notarial qaydada təsdiqlənmiş surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış, sağlamlıq haqqında arayış, narkoloji dispanserdən arayış, ruhi-əsəb dispanserindən arayış, məhkumluq barədə arayış, foto (3x4) (4 ədəd) və ərizə.
Tələb olunan sənədlərdən əlavə namizəd özünün elmi-pedaqoji və yaradıcılıq fəaliyyəti barədə sənədləri də təqdim edə bilər.
Müsahibədə iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət bitdikdən sonra müsahibənin keçirilməsi vaxtı və yeri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin internet saytında yerləşdiriləcək.
804-cü gün:Rusuya Ukrayna müharibəsində 476 mindən çox hərbçisini itirib
Yağıntılı hava şəraiti mayın 9-dək davam edəcək
AZAL Bakı-Dubay aviareysinə xüsusi təkliflər edir
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib
Türkiyənin bir sıra bölgələrində təkrar bələdiyyə seçkiləri keçiriləcək
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Azərbaycan-ATƏT əməkdaşlığı müzakirə olunub
Slovakiyanın baş nazir Azərbaycana rəsmi səfərə gəlib
Xəzər dənizində dalğanın hündürlüyü 3,4 metrə çatıb
Azərbaycan və Özbəkistanın İcbari Tibbi Sığorta qurumları əməkdaşlıq edəcək
Futzal millimiz FIFA reytinqdə 29-cudur
“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb
Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək
12 taekvondoçumuz Avropa çempionatına yollanır
Azərbaycan-Ermənistan sərhədində artıq 40 sərhəd dirəyi quraşdırılıb
Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib
Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib
Almaniya Rusiyadakı səfirini məsləhətləşmələr üçün geri çağırıb
AZAL yayda 60-dək istiqamət üzrə uçaşlar təşkil edəcək
Almatıda Bakı ilə İrəvan arasında sülh müqaviləsinin konturlarının çiziləcək?
I Qarabağ müharibəsinin 4 itkin şəhidi sabah dəfn ediləcək
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Krımda Rusiyaya məxsus daha bir hərbi gəmi məhv edilib
Millimiz "EURO-2025"in seçmə mərhələ oyunlarını Moldovada keçirəcək
22 samboçusu Avropa çempionatına yollanacaq