logo

Faktiki hava:Şimal bölgəsinə qar yağıb

15:15 12-12-2023 | icon 763
Faktiki hava:Şimal bölgəsinə qar yağıb

Dekabrın 12-si saat 15:00-a olan məlumatına əsasən Gəncə, Şəmkir, Balakən, Oğuz, Zaqatala, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Yevlax, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Hacıqabul, Neftçala, Biləsuvar, Yardımlı, Bakıda və Abşeron yarımadasında arabir yağış, Şahdağ, Qaxda (Sarıbaş) qar yağıb.

YeniAvropa xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Sumqayıt, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Balakən, Oğuz, Qəbələ, Şəki, Şamaxı, Göyçay, Lerikdə duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 8 dərəcəyədək isti, Naxçıvan MR-da 10-14 dərəcə isti, Aran rayonlarında 6-8 dərəcə isti, dağlıq rayonlarda 2-4 dərəcə isti olub.