logo

Əmək müqavilələrinin sayı 1 milyon 806 minə çatıb

14:32 12-12-2023 | icon 1386
Əmək müqavilələrinin sayı 1 milyon 806 minə çatıb

Məşğulluq imkanlarının artırılması, qeyri-rəsmi məşğulluğun leqallaşdırılması istiqamətində görülən kompleks tədbirlər bu il də əmək müqavilələrinin sayında artıma imkan verib.

YeniAvropa xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Qeyd edilib ki, 2023-cü ilin yanvar-noyabr aylarında ölkəmizdə əmək müqavilələrinin sayı ilin əvvəlinə nisbətən 59 min müqavilə və ya 3,4 faiz artaraq 1 milyon 806 minə çatıb.

Əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında artım əməkhaqqı fondunda da davamlı artımla nəticələnir. Bu ilin 11 ayında əməkhaqqı fondunda daha 15 faiz artım qeydə alınıb.

Ümumilikdə son 5 ildə əmək müqavilələrinin sayında 38 faiz, əməkhaqqı fondunda 2,7 dəfə artım baş verib.