“Azercell” “Təhlükəsiz internet”in təbliğinə start verir
“Azercell” şagird və valideynlər üçün “Təhlükəsiz internet” layihəsinə start verir. Layihənin məqsədi şagirdləri onlayn təhdidlər barədə, valideynləri isə övladlarının onlayn məkanda üzləşə biləcəkləri təhlükələrlə bağlı maarifləndirmək və mübarizə yolları haqqında məlumat verməkdir. “Təhlükəsiz internet”in Bakı, Sumqayıt, Naxçıvan, Lənkəran, Saatlı, Quba, Goranboy və İsmayıllı şəhərlərində həyata keçirilməsi nəzərdə tutulub.
Uşaqlar üçün nəzərdə tutulmuş sertifikatlaşdırılmış beynəlxalq təhlükəsizlik məktəbinin proqramı əsasında keçiriləcək dərslərdə iştirakçılar aşağıdakı mövzularla tanış olacaqlar:
∙ virtual tanışların yoxlanılması;
∙ şəxsi məlumatların sosial şəbəkələrdə istifadəsi və qorunması;
∙ şəxsi məlumatların daxil edilməsini tələb edən müsabiqələrdə iştirakdan imtina;
∙ şəbəkədə fırıldaqçıları və cinayətkarlarının əsas hiylələri;
∙ trollinq, kiberbullinq (onlayn qısnama) və ya qeyri-münasib onlayn davranış hallarında kimə və ya hara müraciət etmək
Layihə çərçivəsində keçiriləcək dərslər “GID CSR Consulting”in peşəkar təlimçiləri tərəfindən aparılacaq. “Təhlükəsiz internet”də 300-dən çox uşaq və 100-dən çox valideynin iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, “Azercell” 2016-cı ildən mütəmadi olaraq, uşaqlar və onların valideynləri üçün internet təhlükəsizliyi haqqında maarifləndirici layihələr həyata keçirdir. Bu illər ərzində 1500-dən çox internet istifadəçisi bu cür layihələrdən yararlanıb.
Azərbaycan-Pakistan ədəbi əlaqələri konfransda müzakirə edilir
İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib
Paytaxtda xadimə mənzildən 60 min manatlıq zinət əşyaları oğurlayıb
Şəhriyar Məmmədyarov Almaniya çempionu olub
İrandan Azərbaycana 6 kq narkotika keçirmək istədilər
Azərbaycan Ordusunda "Ən yaxşı snayper" yarışı keçirilib
İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 120 nəfər saxlanılıb
Xırdalanda arvadını öldürən kişi saxlanılıb
Daha 39 ailə Füzuliyə köçürülüb
Sabah Bakıda 30° isti olacaq
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib
Bu gün 20 minədək bakalavr magistraturaya imtahan verir
Ağdamda qreyder minaya düşüb,sürücü ayağından xəsarət alıb
Cüdoçumuz Elcan Hacıyev də Avropa çempionu olub
Alkoqolun təsiri altında tanışını öldürüb, həyətdə basdırdı
Laçın Ukraynanın İrpen şəhəri ilə qardaşlaşacaq
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər
Azərbaycan Qırğızıstana neft məhsulları ixrac edəcək
Hidayət Heydərov dördqat Avropa çempionudur
Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb
Moskva Azərbaycan-Ermənistan sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır-Peskov
“Koroğlu”da narkokuryerdən 2 kq-dan çıx nakotika götüülüb
Monteneqro prezidenti Sahibə Qafarova ilə görüşüb