logo

Ötən həftə Azərbaycanda 17 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

13:57 11-12-2023 | icon 4487
Ötən həftə Azərbaycanda 17 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

Dekabrın 4-dən 10-dək Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 17 yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib.Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 834 min 189 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 823 min 770 nəfər müalicə olunaraq sağalıb, 10 min 377 nəfər vəfat edib. Aktiv xəstə sayı 42 nəfərdir.

Son həftədə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 89, bu günə qədər isə ümumilikdə 7 milyon 721 min 568 test icra olunub.