logo

Azərbaycan Rumıniya və Moldovadakı səfirlərini geri çağırdı

12:02 09-12-2023 | icon 1057
Azərbaycan Rumıniya və Moldovadakı səfirlərini geri çağırdı

Prezident İlham Əliyev dekabrın 9-da Azərbaycan Respublikasının Rumiya və Moldova respublikalarındakı fövqəladə və səlahiyyətli səfirlərinin vəzifələrindən geri çağırılması haqda sərəncamlar imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Prezidentin imzaladığı birinci sərəncamla Hüseyn Nizami oğlu Nəcəfov Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. 

Digər bir sərəncamla isə Qüdsi Dursun oğlu Osmanov Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılib.