logo

Payraxtın mərkəzində restoranda yanğın olub

13:53 08-12-2023 | icon 5558
Payraxtın mərkəzində restoranda yanğın olub

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Səbail rayonunun Xəqani küçəsində obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.

Qurumun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində restoranın havalandırma qurğusunda baş verən yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Restoran yanğından mühafizə olunub.