Kişineuda Azərbaycan və Moldovanın kənd təsərrüfatı nazirlərinin görüşü olub
Kişineuda səfərdə olan Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov Moldova Respublikasının kənd təsərrüfatı və qida sənayesi naziri Vladimir Bolea ilə görüşüb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən YeniAvropa-ya bildirilib ki, görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Nazir Məcnun Məmmədov bildirib ki, Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 5-ci iclasında iki ölkə arasında gələcək əməkdaşlığın bir çox istiqamətləri, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb: “Kənd təsərrüfatı sözsüz ki, ölkələrimiz arasında əməkdaşlıq üçün ən perspektivli sahələrdən biridir. Bu istiqamətdə əməkdaşlığın daha da möhkəmləndirilməsini məqsədəuyğun sayırıq”.
Azərbaycanla Moldova arasında kənd təsərrüfatı məhsullarının dövriyyəsinin artırılmasının zəruri olduğunu deyən nazir bu sahədə mövcud potensialı dəyərləndirmək üçün birgə biznes-forumların keçirilməsini təklif edib. O, Moldova şirkətlərini Bakıda hər il keçirilən “Caspian Agro” Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində aktiv iştiraka çağırıb. Moldovanın şərabçılıq və üzümçülük sahəsində böyük təcrübəyə malik olduğunu xatırladan Məcnun Məmmədov bu sahədə təcrübə mübadiləsi və birgə elmi tədqiqatlar aparmağın, qarşılıqlı texnologiya transferinin vacibliyini vurğulayıb. Azərbaycanda aqroturizmin inkişaf etməkdə olan sahə olduğunu deyən nazir azərbaycanlı fermerlərin Moldovanın bu sahədə mövcud təcrübəsindən yararlana biləcəyini qeyd edib.
Moldovanın kənd təsərrüfatı naziri Vladimir Bolea bildirib ki, iki ölkə arasında kənd təsərrüfatı sahəsində geniş əməkdaşlıq imkanları mövcuddur. Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclaslarının son illər mütəmadi xarakter almasını müsbət dəyərləndirən nazir bu toplantıların müxtəlif sahələrdə olduğu kimi aqrar sahədə də əməkdaşlıq imkanlarını dəyərləndirməyə imkan verdiyini deyib. Moldova və Azərbaycan şirkətlərinin üzümçülük və şərabçılıq aktiv təcrübə mübadiləsi apara biləcəklərini qeyd edən Vladimir Bolea qarşılıqlı tərəfdaşlıq münasibətlərinin hər iki ölkənin aqrar sektoruna, kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin yüksəlməsinə müsbət təsir göstərəcəyini bildirib.
Görüşdə aqrar sahənin rəqəmsallaşdırılması, birgə elmi-tədqiqatların aparılması, aqrar mütəxəssis hazırlığı, tələbə və müəllim mübadiləsi, aqrar sahə üzrə ixtisaslaşmış universitetlərin diplomlarının qarşılıqlı tanınması məsələləri müzakirə olunub. Tərəflər səsləndirilən təklifləri Azərbaycan-Moldova kənd təsərrüfatı üzrə İşçi Qrupun birgə iclasında müzakirə etmək barədə razılığa gəliblər.
Moldovaya səfər çərçivəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycanın şərab istehsalı ilə məşğul olan aparıcı şirkətlərinin nümayəndələri ilə birlikdə Moldovanın üzüm sahələrinə və aparıcı aqroturizm müəssisələrinə baş çəkib, şərab istehsalı ilə məşğul olan obyektlərin fəaliyyəti ilə tanış olub. Qonaqlara kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin bazasında aqroturizm müəssisələrinin yaradılması təcrübəsi barədə məlumat verilib. Görüşlərdə üzümçülüyün əsas istiqamətləri, üzüm tingçiliyi, aqroturizm müəssisələrinin fəaliyyətinin iqtisadi səmərəliliyi, şərab istehsalı, məhsul ixracı və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Avropa Komissiyası Gürcüstana xəbərdarlıq etdi
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb
Əfv Komissiyasının bu günə planlaşdırılan iclası təxirə salınıb
Parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verildi
"Bakcell" çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi
Xəbərdarlıq:Şimşək çaxacaq,dolu düşəcək,temperatur 8° aşağı enəcək
Noyabrda parlament seçkiləri olmalıdır-Məzahir Pənahov
Milli Məclisdə boş qalan deputat yerlərinin sayı 10-a çatıb
Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib
II Dünya müharibəsində iştirak etmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək
Norveçli səyyahlar Şuşaya səfər ediblər
NATO-nun baş katibi Ukrayna üçün 100 milyard toplamağı təklif edir
Sabah Bakıda arabir yağış yağacaq,22° isti olacaq
Özbəkistan prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib
Bakıda Azərbaycan-Ukrayna əməkdaşlığı müzakirə olunub
İlham Əliyev Rusiyanın Federasiya Şurasının sədr müavinini qəbul edib
Antalya 2 milyondan artıq turistlə yeni rekorda imza atıb
Samir Şərifov Tbilisidə Asiya İnkişaf Bankının illik toplantısında iştirak edir
AQTA Sabirabadda nöqsanlı pendir sexini bağlatdırıb
Konfrans Liqası 1/2 final:Bu gün “Aston Villa” “Olimpiakos”u, “Fiorentina” isə “Brügge” qəbul edir
UEFA Avropa Liqasının yarımfinalı: “Roma”-“Bayer”, “Marsel”-“Atalanta”
Dini liderlərin Qarabağa səfəri başlayıb
İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
Bakıda İƏT ölkələrinin turizm operatorlarının forumu keçirilir