logo

Zəlzələ ocağında seysmik aktivlik fon səviyyəsindədir

12:48 07-12-2023 | icon 777
Zəlzələ ocağında seysmik aktivlik fon səviyyəsindədir

Afrerşokların hesabına zəlzələ ocağında gərginlik azalıb və seysmik aktivlik fon səviyyəsinə düşüb.

YeniAvropa xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli dekabrın 7-də Xəzər dənizində baş verən zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Xatırladaq ki, bu gün Altıağac seysmoloji stansiyasından 51 kilometr şimal-şərqdə - Xəzər dənizində zəlzələ baş verib. Yerli vaxtla saat 08:15-də qeydə alınan zəlzələnin maqnitudası 5.6-ya bərabər olub.

Ocağı 68 kilometr dərinlikdə yerləşən yeraltı təkanlar Altıağac, Siyəzən, Quba, Qusar, Xaçmaz, Şabran, Qobustan, Abşeron yarımadasında 5-3 bala qədər hiss olunub.