logo

Beynəlxalq forumun iştirakçıları Ağdamda minatəmizləmə prosesini izləyiblər

11:33 07-12-2023 | icon 784
Beynəlxalq forumun iştirakçıları Ağdamda minatəmizləmə prosesini izləyiblər

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə dekabrın 6-da Bakıda işə başlayan “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forumun iştirakçıları bu gün Ağdam şəhərinə gəliblər.

YeniAvropa xəbər verir ki, forum iştirakçıları əvvəlcə Ağdam şəhərindəki Şəhidlər xiyabanını ziyarət ediblər.

Daha sonra beynəlxalq forumun iştirakçıları Ağdamın Baş Qərvənd kəndi ərazisində mina təmizləmə prosesi ilə tanış olublar.

Qonaqlara Azərbaycanda ilk qadın minatəmizləmə qruplarının yaradılması, minatəmizləmə zamanı itlərlə yanaşı, siçovullardan da istifadə edilməsi barədə də məlumat verilib.