logo

Könül Mehtiyeva “Barselona”nın oyununda UEFA nümayəndəsi olacaq

10:10 07-12-2023 | icon 1603
Könül Mehtiyeva “Barselona”nın oyununda UEFA nümayəndəsi olacaq

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, qurumun İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva beynəlxalq oyuna təyinat alıb.

YeniAvropa  milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, Çempionlar Liqasının H qrupunda Belçikada “Antverpen” və İspaniyanın “Barselona” komandaları arasında keçiriləcək matçın UEFA nümayəndəsi Könül Mehtiyeva olacaq.

Qeyd edək ki, qarşılaşma dekabrın 13-də Dyörne şəhərində oynanılacaq.