Karate üzrə Azərbaycan milli komandasə təlim-məşq toplantısında olduqları İcseçrınin Bazel şəhərindən sentyabrın 12-də Berlinə yola düşüblər.
YeniAvropa xəbər verir ki,karateçilərimizi səfərdə Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, milli komandanın baş məşqçisi Şahin Xudaverdiyev, böyük məşqçi Qurban Tağıyev müşayiət edib.
Qeyd edək ki, Almaniya paytaxtında start götürən Dünya Karate Federasiyasının (WKF) Karate 1 Premyer Liqa turniri ,həm də “Tokio-2020” Olimpiadasına lisenziya xalları qazandıran ilk rəsmi yarış olacaq. Mötəbər turnirdə Firdovsi Fərzəliyev (60 kq), Tural Ağalarzadə, Hümmət Baxşəliyev, Rafiz Həsənov (hər üçü 67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev (84 kq), Turqut Həsənov, Pənah Abdullayev, Şahin Atamov, Asiman Qurbanlı (hamısı 84 kq-dan yuxarı), Roman Heydərov (kata), eləcə də Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq) və İrina Zaretska (68 kq) yer alıblar.
Milli komandanın məşqçilər heyətinə Rəşad Hüseynov və Denis Morozov da qatılacaq.
Onlardan başqa federasiyanın vitse-prezidenti Rəhman Hətəmov, baş katib Mirhəsən Seyidov, baş hakim Cahangir Babayev və media və ictimaiyyətlə işlər katibi Sənan Məhərrəmov da Almaniyaya yollanıb.