logo

“Azercell” Taksit layihəsini təqdim edir

17:57 05-12-2023 | icon 889
“Azercell” Taksit layihəsini təqdim edir

5 dekabr 2023-cü il tarixindən etibarən lider mobil operator Taksit layihəsini təqdim edir.

YeniAvropa xəbər verir ki, bu barədə şirkətin məlumatında bildirilib. Qeyd edilib ki,  www.azercellim.com  veb-səhifəsində qiyməti 100 AZN üzərində olan bütün “Azercell” nömrələrinin onlayn qaydada 12 ayadək faizsiz taksitlə əldə edilməsi mümkün olacaq. “Azercell” nömrəsi almaq istəyən müştəri BirKart abunəçisi olmalıdır. Müştəri alacağı nömrənin qiymətini müəyyən edilmiş müddətlərdən birini seçməklə bir neçə ay ərzində hissə-hissə ödəmə imkanı əldə edəcək və bunun qarşılığında heç bir faiz hesablanmayacaq.

Ətraflı məlumat və bu imkandan yararlanmaq üçün sadəcə www.azercellim.com   veb-səhifəsinə keçid etmək lazımdır.

Xatırladaq ki, www.azercellim.com  saytı sürətli xidmət, istifadəçi rahatlığı və geniş nömrə bazası ilə müştəri təcrübəsini zənginləşdirmək məqsədilə yaradılan ilk e-ticarət (onlayn satış) platformasıdır.