logo

Sabah Bağdadda Azərbaycan-İraq hökumətlərarası komissiyanın iclası keçiriləcək

14:14 05-12-2023 | icon 882
Sabah Bağdadda Azərbaycan-İraq hökumətlərarası komissiyanın iclası keçiriləcək

Dekabrın 6-da Bağdadda “Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiya”nın 3-cü iclası keçiriləcək.

YeniAvropa xəbər verir ki, komissiyanın iclası çərçivəsində dekabrın 7-də Azərbaycan-İraq biznes forumu təşkil olunacaq.

Forumda Azərbaycan ilə İraq iş adamlarının əməkdaşlıq əlaqələri, qarşılıqlı sərmayə yatırımı və digər məsələlər müzakirə ediləcək.