logo

Ötən həftə Azərbaycanda 20 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb

17:57 04-12-2023 | icon 742
Ötən həftə Azərbaycanda 20 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb

Noyabrın 27-dən dekabrın 3-nədək Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 20 yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib.Qeyd edilib ki, ötən həftə analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 834 min 172 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 823 min 758 nəfər müalicə olunaraq sağalıb, 10 min 376 nəfər vəfat edib. Aktiv xəstə sayı 38 nəfərdir.

Son həftədə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 612, bu günə qədər isə ümumilikdə 7 milyon 718 min 479 test icra olunub.