logo

Sinoptiklərdən xəbərdarlıq: Temperatur 5-8° aşağı enəcək

15:15 04-12-2023 | icon 3850
Sinoptiklərdən xəbərdarlıq: Temperatur 5-8° aşağı enəcək

Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə məlumat yayıb.

Xidmətdən  YeniAvropa-ya bildirilib ki, Bakıda və Abşeron yarımadasında dekabrın 5-i səhərdən 6-dək şimal-qərb küləyinin 15-20 metr/saniyə, arabir 23-28 metr/saniyə, gündüz yarımadanın bəzi yerlərində arabir 30-32 metr/saniyəyədək güclənəcəyi gözlənilir.

Dekabrın 6-sı axşamdan 7-si axşamadək arabir yağış yağacağı, 7-də yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında dekabrın 5-i axşamdan 6-sı gündüzədək əsasən şərq rayonlarında, 6-sı axşamdan 7-si axşamadək isə əksər rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.

Dekabrın 5-dən 6-sı səhərədək qərb küləyinin 15-20 metr/saniyə, ayrı-ayrı yerlərdə arabir 25-30 metr/saniyəyədək güclənəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək.