logo

Sabah Bakıda arabir yağış yağacaq, 15° isti olacaq

14:14 04-12-2023 | icon 756
Sabah Bakıda arabir yağış yağacaq, 15° isti olacaq

Azərbaycanda dekabrın 5-də gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən  YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz arabir güclü olacaq.

Havanın temperaturu gecə 7-11°, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 770 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün ikinci yarısından bəzi şərq rayonlarında arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-8°, gündüz 16-21° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti olacaq.