logo

Bakıda İƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin I görüşü keçirilir

10:40 04-12-2023 | icon 742
Bakıda İƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin I görüşü keçirilir

Bakıda Dövlət Turizm Agentliyi və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) birgə təşkilatçılığı ilə "İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşü"nün açılış mərasimi keçirilib.

YeniAvropa xəbər verir ki, tədbirdə çıxış edən agentliyin sədri Fuad Nağıyev bildirib ki, Azərbaycan İƏT dövlətləri ilə əməkdaşlığa xüsusi önəm verir.

"Turizm Azərbaycanda qeyri-neft iqtisadiyyatının prioritet sahələrindən biri hesab edilir. Ölkəmizdə dövlət səviyyəsində turizmin inkişafına xüsusi diqqət göstərilir. Əsas məqsədimiz Azərbaycanı ən çox ziyarət olunan turizm istiqamətlərindən birinə çevirmək, turizmin iqtisadiyyatda payının artmasına nail olmaqdır. Sorğular göstərir ki, Azərbaycana gələn turistlərin əksəriyyəti ölkənin tarixinə, mədəniyyətinə, maddi və mədəni irsinə, təbiətinə, mətbəxinə, qonaqpərvərliyinə heyran olur, eyni zamanda ölkədən xoş hisslərlə ayrılırlar. Turizmin inkişafında ən önəmli amillərdən biri - insan resurslarının inkişafı bu sahədə böyük önəm daşıyır. Hazırda Azərbaycanda Dövlət Turizm Agentliyi daxilində 3 ali təhsil ocağı fəaliyyət göstərir. Ümumilikdə, ölkəmizdə 17 ali təhsil ocağında turizm sahəsində təhsil aparılır", - deyə Fuad Nağıyev əlavə edib.

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri çıxışında tədbirin önəmindən bəhs edib. O, bildirib ki, sabah tədbirin 2-ci günündə qəbul ediləcək Bakı Bəyannaməsi ilə bir daha qeyd olunan məqamlar üzrə əməkdaşlığın genişləndirilməsi və ilk dəfə təşkil olunan bu görüşün davamlı keçirilməsi öz əksini tapacaq: "Mən bir daha bütün üzvləri bu münasibətlə təbrik etmək istəyirəm".