UEFA Avropa Liqası turnirinin 2019-cu ildə Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa hazırlıq çərçivəsində UEFA nümayəndələrinin Bakıya 4-cü işgüzar səfəri başlayıb.
YeniAvropa AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, səfər sentyabrın 14-dək davam edəcək. Səfər proqramında UEFA-nın 40 nəfərdən ibarət işçi heyəti stadion, mobillik, fan zona, mehmanxanalar, könüllülük, təhlükəsizlik və digər məsələlərlə yerində tanış olacaq, fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, Avropa Liqasının final matçı gələn il mayın 29-da keçiriləcək.