logo

AZAL Bakı-Praqa istiqamətində endirimli biletlər təklif edir

09:19 01-12-2023 | icon 1197
AZAL Bakı-Praqa istiqamətində endirimli biletlər təklif edir

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Çexiyanın paytaxtı Praqaya və əks istiqamətdə həyata keçirilən uçuşlar üçün xüsusi kampaniyaya start verib.

YeniAvropa "AZAL"a istinadən xəbər verir ki, kampaniya çərçivəsində aviabiletlərin qiyməti 555 manatdan başlayır.

Bu marşrut üzrə endirimli aviabiletlər dekabrın 1-dən 7-dək satışda olacaq. Təklif iki vaxt aralığında yerinə yetiriləcək uçuşlara şamil olunur: 12 yanvar–11 mart və 1 aprel–31 may 2024-cü il.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.