logo

TANAP-la indiyədək 55 milyard m3 qaz nəql olunub

13:13 30-11-2023 | icon 1281
TANAP-la indiyədək 55 milyard m3 qaz nəql olunub

Türkiyə ərazisindən keçərək Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” qaz kondensat yatağından çıxarılan qazı Türkiyə və Avropa istehlakçılarına çatdıran Trans-Anadolu Qaz Boru Kəmərinə (TANAP) ümumilikdə cari il noyabrın sonunadək təqribən 55 milyard kubmetr həcmində qaz ötürülüb.

Energetika Nazirliyindən YeniAvropa-ya bildirilib ki, 2019-cu il noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib.

Cənub Qaz Dəhlizinin əsas seqmenti sayılan 1850 kilometrlik TANAP Türkiyə ərazisindən keçərək Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” qaz kondensat yatağından çıxarılan qazı Türkiyə və Avropa istehlakçılarına çatdırır. Maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetr olan TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşir.