logo

Dekabrın 1-də güclü geomaqnit qasırğası gözlənilir

11:55 30-11-2023 | icon 973
Dekabrın 1-də güclü geomaqnit qasırğası gözlənilir

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan YeniAvropa-ya bildirilib ki, Günəş fəallığı artıb və Yerə istiqamətlənmiş tac kütlə atılmaları (TKA) qeydə alınıb. Günəşin səthində ləkələrin sayı azalaraq, 13 ləkə qrupunda 164 ləkə və Yerə təsiri gözlənilən böyük tac dəliyi müşahidə olunur.

Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olub.

Proqnoz günlərində (30 noyabr - 3 dekabr) C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 40 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10 faiz təşkil edir.

Dekabrın 1-də aktivliyin artacağı, geomaqnit qasırğasının G3 (güclü) səviyyəsinə qədər yüksələcəyi, dekabrın ayının 2-də yenidən G1 səviyyəsinə düşəcəyi proqnozlaşdırılır. Dekabrın ilk günlərində TKA və Günəşin səthindəki Tac dəliyinin təsiri ilə geomaqnit sahəsinin aktiv səviyyələrdə olacağı və dekabrın 5-də yenidən G1 (zəif) səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır.