logo

Bakıda  “InMerge Innovation Summit” keçirilir

09:29 30-11-2023 | icon 1176
Bakıda  “InMerge Innovation Summit” keçirilir

Noyabrın 30-da Bakıda innovasiya dünyasında dinamika yaradan “InMerge Innovation Summit” işə başlayır.

YeniAvropa xəbər verir ki, artıq üçüncü ildir ölkəmizdə keçirilən sammit dünyanın aparıcı texnologiya şirkətlərini, bu sahənin liderlərini, startapları və innovatorları bir araya gətirir. Layihənin məqsədi innovasiya texnologiyaları sahəsindəki yenilikləri bölüşmək, sıx əlaqələr yaratmaq və sahənin ölkəmizdəki inkişafına təkan verməkdir.

Sammitdə elektron ticarətin uğurlu şirkətlərindən biri “Trendyol Group”un prezidenti Çağlayan Çetin, məşhur TED spikeri Maykl Ringel, “Shazam”ın təsisçisi Kris Barton kimi bir çox tanınmış beynəlxalq ekspertlər iştirak edəcəklər. “InMerge Innovation Summit”in qonaqlarından biri də “Apple” şirkətinin qurucularından olan məşhur kompüter mühəndisi Stiv Voznyak olacaq. O, innovasiyalar sahəsindəki son yeniliklərdən, şəxsi layihələrindən danışacaq.

Sammitdə elektron ticarət, sığorta texnologiyaları, süni intellekt, telekommunikasiya və bir çox mövzuda təqdimatlar ediləcək, müzakirələr və seminarlar baş tutacaq.

Qeyd edək ki, noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqres Mərkəzində keçiriləcək “InMerge Innovation Summit” çərçivəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi yerli innovasiya ekosisteminin inkişafına yönəlik "IDDA Awards" müsabiqəsinin qalibləri mükafatlandırılacaq.