logo

Zəlzələnin Mingəçevirdəki SES-ə mənfi təsiri olmayıb

20:57 29-11-2023 | icon 833
Zəlzələnin Mingəçevirdəki SES-ə mənfi təsiri olmayıb

Bu gün yerli vaxtla saat 19:49-da Mingəçevir ərazisində 4,5 gücündə qeydə alınan zəlzələdən sonra “AzərEnerji” ASC-nin mütəxəssisləri tərəfindən bu şəhərdə yerləşən istilik elektrik stansiyası, su elektrik stansiyası və yarımstansiyalara baxış keçirilib.

YeniAvropa xəbər verir ki, bu barədə “AzərEnerji” ASC-nin mətbuat xidməti məlumat verib.

Bildirilib ki, bu ərazilərdə heç bir problem qeydə alınmayıb.