logo

“Muğanbank”ın əmanətçilərinə 100 milyon manat kompensasiya ödənilib

20:21 29-11-2023 | icon 994
“Muğanbank”ın əmanətçilərinə 100 milyon manat kompensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan “Muğanbank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi prosesinin ilk iki günü ərzində bankın qorunan əmanətçilərindən 2983 nəfərə 100.951.000 manat kompensasiya ödənişi həyata keçirilib.

Fonddan YeniAvropa-ya bildirilib ki, bu, ləğv prosesində olan “Muğanbank” ASC-də qorunan əmanətlər üzrə ödənilməsi nəzərdə tutulan ümumi kompensasiya məbləğinin təqribən 50 faizini təşkil edir.

Kompensasiya ödənişləri agent banklar - “Azərbaycan Beynəlxalq Bankı” ASC və “Kapital Bank” ASC-nin ölkə üzrə bütün filialları vasitəsilə uğurla həyata keçirilməkdə davam edir.

Əmanətçilərin nəzərinə çatdırmaq istərdik ki, kompensasiya ödənişlərinin verilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçiriləcək və bununla bağlı heç bir narahatlıq üçün əsas yoxdur.

Kompensasiyaların ödənilməsi prosesi haqqında ətraflı məlumatı Əmanətlərin Sığortalanması Fondunun saytından əldə edə bilərsiniz. www.adif.gov.az