logo

Balakəndə ağır avtoqəza:2 nəfər ölüb,5 nəfər xəsarət alıb

19:20 29-11-2023 | icon 4172
Balakəndə ağır avtoqəza:2 nəfər ölüb,5 nəfər xəsarət alıb

Noyabrın 29-u saat 17 radələrində Balakən rayonunun Şambul kəndi ərazisində Hafiz İsmayılov və İlkin Hetayevin idarə etdiyi 2 “Mercedes” markalı avtomobil toqquşub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan YeniAvropa-ya bildirilib ki,  hadisə nəticəsində hər avtomobildə biri olmaqla iki sərnişin ölüb, hər iki sürücü və üç sərnişin xəsarət alıb.

Bu arada avtoqəzada ölənlərin şəxsiyyəti də bəlli olub.İlkin Hetayevin idarə etdiyi avtomobildə ölən sərnişin Şərif kənd sakini 1974-cü il təvəllüdlü Elayev Şaban Cuma oğlu, Hafiz İsmayılovun idarə etdiyi avtomobildə ölən sərnişin isə Hənifə kənd sakini 1997-ci il təvəllüdlü İsmayılova Günay Rövşən qızıdır.

Faktla bağlı araşdırma aparılır.