logo

“Utair” Moskvadan Bakı, Gəncə və Naxçıvana aviareyslərə başlayır

16:36 29-11-2023 | icon 784
“Utair” Moskvadan Bakı, Gəncə və Naxçıvana aviareyslərə başlayır

Rusiyanın “Utair” aviaşirkəti payız-qış cədvəlinə Azərbaycana reyslər daxil edib.

YeniAvropa xəbər verir ki, uçuşlar Moskva və regionlardan Bakı, Gəncə və Naxçıvana həyata keçiriləcək.

Şirkətin prezidenti Oleq Semyonov bildirib ki, bir il əvvəl “Utair” Azərbaycanın şəhərlərinə uçuşların sayını artırmışdı. İndi şirkət bu marşrutları ilboyu həyata keçirməyi qərara alıb.

“Utair”in payız-qış cədvəlinə Qroznı, Moskva, Samara, Sankt-Peterburq, Surqut, Tümen, Ufadan Bakıya, Moskvadan Gəncəyə və Naxçıvana reyslər daxildir.