Ərdoğan Yunanıstana səfər edəcək
Dekabrın 7-nə planlaşdırdığımız Yunanıstan səfərinə bizim yanaşmamız belədir. Dünən qonşumuz Yunanıstanla münaqişələrimiz olub, sabah da ola bilər. Eləcə də bu münaqişələrdən faydalanmaq istəyənlər də olacaq. Amma bu o demək deyil ki, biz eyni dənizi, eyni iqlimi, eyni coğrafiyanı paylaşan iki qonşu ölkə kimi dil tapa bilmərik. Qarşılıqlı etimada əsaslanan əməkdaşlığımızı inkişaf etdirə biləcəyimiz bir çox mövzular var. Səfərimiz zamanı bunlara diqqət yetirmək niyyətindəyik. Ümid edirəm ki, Yunanıstana səfərimiz ölkələrimiz arasında yeni səhifənin açılmasına səbəb olacaq.
YeniAvropa xəbər verir ki,bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində rəhbərlik etdiyi, ölkənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) qrup toplantısında çıxışı zamanı səsləndirib.
Almaniya və Əlcəzairə səfərləri barədə danışan Ərdoğan deyib ki, bu səfərlər zamanı ikitərəfli ticarət, humanitar, siyasi və müdafiə məsələləri ətraflı müzakirə edilib. Türkiyə Almaniya ilə 50 milyard ABŞ dolları səviyyəsində olan ikitərəfli ticarət həcmini qısa müddətdə 60 milyard dollara çatdırmaq istəyir. Əlcəzairlə isə bu il 6 milyard dollara çatacaq ticarət həcmini 10 milyard dollara çatdırmağı hədəfləyir.
İsrail-Fələstin qarşıdurmasına toxunan prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, bu günə qədər Misir ilə əməkdaşlıq çərçivəsində Türkiyədən 12 təyyarə və bir gəmi dolu yardım vasitəsi Qəzzaya göndərilib. Ümumilikdə 1500 ton humanitar yardım vasitələri daşıyan ikinci gəmi bu gün yola çıxacaq. Xərçəng xəstələri və uşaqlar başda olmaqla yaralılar Türkiyəyə gətirilərək müalicəsi davam etdirilir. Hazırda Türkiyə tərəfindən Qəzzada qurulacaq səhra xəstəxanaları üçün yer müəyyənləşdirilir.
Dubaydan gətirilən qızıl külçələri ölkəyə keçirən gömrükçülərin məhkəməsi başlayır
Piyada keçidinin tikintisinə görə Hava Limanı-Mərdəkan yolu bağlanacaq
AŞPA üzvlərinin Azərbaycana səfərinə qoyulan qadağa nə vaxt götürüləcək?
Daha bir cüdoçumuz Avropa çempionu olub
Göyçayda atasını döyərək öldürən oğulun məhkəməsi başlayır
İlham Əliyevin İtaliyaya işgüzar səfəri başa çatıb
“Yaşıl enerji məkanı” üzrə İşçi qrupunun növbəti iclası keçirilib
Şuşada "Vüqar Həşimov Memorialı-2024" turniri keçiriləcək
2024-cü ilin yayı tarixə ən isti mövsüm kimi düşdü
Ukraynaya daha güclü "F-16" donanması lazımdır-Zelenski
Sabah Bakıda 29° isti olacaq
Stoltenberq NATO ölkələrini Kiyevə daha çox hərbi yardım etməyə çağırıb
İlham Əliyev İtaliyanın “Ansaldo Energia” şirkətinin baş direktoru ilə görüşüb
Cənub Qaz Dəhlizi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir
İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda çıxış edib
İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır-İlham Əliyev
Müdafiə Nazirliyinin rəhbərliyi bölmələrin döyüş hazırlığını yoxlayıb
İtaliyada 50-ci yubiley Çernobbio Forumu keçirilir
Bakıda “Hüquq və iqlim” adlı beynəlxalq konfrans keçirilir
"Formula 1" Azərbaycan Qran-Prisinin Akkreditasiya Mərkəzi fəaliyyətə başlayıb
DİM 500-ə yaxın şagird üçün əlavə imtahan keçirəcək
Azərbaycan nefti 78,33 dollara satılır
Şuşada Beynəlxalq Qastronomiya Günü keçirilir
Azərbaycanın iki qadın cüdoçusu Avropa çempionu olub
“Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti jurnalistlərlə görüşüb