logo

Mikayıl Cabbarov “Agro-Pack Turkmenistan 2023” sərgisində iştirak edib

15:30 28-11-2023 | icon 714
Mikayıl Cabbarov “Agro-Pack Turkmenistan 2023” sərgisində iştirak edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistana işgüzar səfəri çərçivəsində “Agro-Pack Turkmenistan 2023” beynəlxalq sərgisində iştirak edib.

YeniAvropa xəbər verir ki, bu barədə nazir məlumat paylaşıb.

“Türkmənistana işgüzar səfərimiz çərçivəsində bu ölkənin Nazirlər Kabinetinin sədr müavini, Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyasının həmsədri Batır Atdayev ilə birlikdə “Agro-Pack Turkmenistan 2023” beynəlxalq sərgisində iştirak etdik. İnnovativ istehsal mexanizmlərinin təqdim edildiyi sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən beynəlxalq şirkətlərin təqdim etdiyi xidmətləri, iqtisadi səmərəliliyin artırılması, resurslardan effektiv istifadə və iqtisadiyyatın müxtəlif sahələri üçün müasir həlləri təmin edən yeniliklərlə tanış olduq”, - deyə nazir paylaşımında qeyd edib.