İsveçidə partiya lideri məscidləri sökməyə çağırıb
Ultra-sağ milliyyətçi və sağçı populist “İsveç demokratları” (Sverigedemokraterna) partiyasının lideri Cimmi Okesson bu bazar günü keçirilən partiya yığıncaqlarında çıxış edərək bildirib ki, yeni məscidlərin tikintisini dayandırmaq və “antidemokratik, İsveç əleyhinə, homofob və ya antisemit təbliğatla məşğul olan” məscid binalarını sökmək istəyir. Partiya lideri, həmçinin bəyan edib ki, “şəhər mənzərəsində islamçı abidələr olan minarələr, qübbələr, ayparalar və digər atributlar bütünlüklə aradan qaldırılmalıdır”.
YeniAvropa xəbər verir ki, İsveçin baş naziri Ulf Kristersson onun bu bəyanatını “qəbuledilməz və qütbləşdirici” adlandırıb. Baş nazir əlavə edib: “Bu, beynəlxalq aləmdə İsveçin imici ilə bağlı yanlış təsəvvürlər yaradır. Biz ölkədə ibadət məkanlarını sökmürük, əksinə, İsveç dəyərlərini müdafiə edirik və ekstremizm, o cümlədən islamçılığa qarşı çıxış edirik”.
Ötən həftənin sonunda İsveç hökuməti “X” sosial şəbəkəsində bu ölkədə din azadlığının üstün olması və onun konstitusiya ilə qorunması barədə post yerləşdirib.
Okessonun bəyanatı bu günlərdə parlamentində İsveçin NATO-ya üzvlüyünün müzakirə edildiyi Türkiyə KİV-lərinin də diqqətindən kənarda qalmayıb. Kristersson sağçı partiya liderinin bəyanatının bu prosesə necə təsir edəcəyini bilmir.
Cimmi Okesson öz ünvanına səslənən tənqidlərə cavab olaraq bildirib ki, onun İsveçdəki məscidlərin sökülməsi haqqında bəyanatının bu ölkənin NATO-ya üzvlüyü məsələsinə aidiyyəti yoxdur. O əlavə edib: “Mən NATO-ya üzvlüklə bağlı davam edən prosesin daim xatırladılmasından bezmişəm”.
Okesson yazır ki, o, açıqlamasında bütün müsəlmanları deyil, islamçıları xüsusi qeyd edib. "Bəlkə də, məsələn, Fransada olduğu kimi, ekstremizmin çiçəkləndiyi məscidləri bağlamaq və nifrət təbliğ edən imamları qovmaq kifayət edər", - deyə o əlavə edib.
İsveçin dini icmalara cavabdeh olan naziri Jakob Forssmed deyib ki, Okesson məscid tikintisini tamamilə dayandırmaq istəyir və bu, bütün müsəlmanları hədəf alan çox radikal bir yanaşmadır, eyni zamanda, din azadlığı ilə bir araya sığmır.
Forssmed vurğulayıb: “İsveç demokratları” liderinin bu həftəsonu bəyanatının məzmunu hökumət tərəfindən dəstələnən siyasət deyil. Hökumət inancların geniş spektrinin olmasını alqışlayır və dini azadlıqları qoruyur. Dini etiqad azadlığı fərdi və kollektiv şəkildə öz dininə etiqad etmək imkanıdır. Bunu başqaları ilə birlikdə etmək istəyirsinizsə, çox vaxt bunun üçün xüsusi uyğunlaşdırılmış məkanda toplaşmalısınız, müsəlmanlar üçün belə bir məkan məscidlərdir”.
Bu arada, Sosial Demokratlar Partiyasının (Socialdemokraterna) lideri Maqdalena Andersson bildirib ki, baş nazir İsveç Demokratlar Partiyasının rəsmilərini hökumət iqamətgahından qovmalıdır.
Sabah Bakıda 30° isti olacaq
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib
Bu gün 20 minədək bakalavr magistraturaya imtahan verir
Ağdamda qreyder minaya düşüb,sürücü ayağından xəsarət alıb
Cüdoçumuz Elcan Hacıyev də Avropa çempionu olub
Alkoqolun təsiri altında tanışını öldürüb, həyətdə basdırdı
Laçın Ukraynanın İrpen şəhəri ilə qardaşlaşacaq
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər
Azərbaycan Qırğızıstana neft məhsulları ixrac edəcək
Hidayət Heydərov dördqat Avropa çempionudur
Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb
Moskva Azərbaycan-Ermənistan sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır-Peskov
“Koroğlu”da narkokuryerdən 2 kq-dan çıx nakotika götüülüb
Monteneqro prezidenti Sahibə Qafarova ilə görüşüb
Paytaxtda qızıl mağazasından oğurluq edən saxlanılıb
Yaxın günlərdə Laçının Sus kəndinə 59 ailə köçürüləcək
Sabah Bakıda 31° isti olacaq
ANAMA-nın 43 yaşlı əməkdaşı Şuşada minaya düşüb
Azər Quliyevin “Sanki yoxsan” filmi Kann festivalında
Hərbçilərimiz İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər
“Paris-2024”: Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb
FIFA prezidenti “Qarabağ”ı təbrik edib
Azərbaycan nefti 90,68 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb