Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu işə başlayıb
Noyabrın 28-də Bakıda, Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı Həftə” çərçivəsində keçirilən Mədəniyyət və Yaradıcı Sənayelər Forumunun açılış mərasimi olub.
YeniAvropa xəbər verir ki, əvvəlcə iştirakçılar kreativ məhsulların və yaradıcı sənaye nümayəndələrinin fəaliyyətinin tanıdılması məqsədilə təşkil edilmiş Mədəniyyət və Yaradıcı Sənayelər Sərgisi (MY EXPO 2023) ilə tanış olublar. Sərgi kino, animasiya, musiqi, cultech (mədəniyyət sahəsində startaplar), gametech (oyun texnologiyaları), dəb, dizayn kimi yaradıcı klasterləri, eləcə də yaradıcı məkan və regionları bir araya gətirib.
Açılış mərasimində çıxış edən mədəniyyət naziri Adil Kərimli forumdan gözləntilərin böyük olduğunu bildirib: “Dövlətimiz mədəni və yaradıcı sahələrə önəm verir. Ona görə dövlət strategiyasına uyğun mövcud ekosistemlərin fəaliyyətini araşdırmaq, bu sahəni inkişaf etdirmək əsas məqsədimizdir. Düşünürəm ki, forumda ortaq problemlər səslənəcək və onların həlli istiqamətində işlər görüləcək".
Sonra çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev keçirilən forumun ölkə iqtisadiyyatına müsbət töhfə verəcəyini diqqətə çatdırıb. Bildirib ki, İqtisadiyyat Nazirliyi tərəfindən “İnnovasiya fəaliyyəti haqqında” yeni qanun layihəsi hazırlanır və sözügedən layihə dövlət orqanlarında razılaşdırma mərhələsindədir.
Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa forumun yaradıcı və istedadlı şəxslərə imkanlar yaradacağını vurğulayıb. Qeyd edilib ki, bu cür forumlar ölkənin potensialını üzə çıxarmağa imkan yaradır.
Üç gün davam edəcək forumda, həmçinin müvafiq dövlət qurumlarının rəhbərlərinin və yaradıcı sektorun təmsilçilərinin iştirakı ilə ayrı-ayrı sahələr üzrə yaradıcı sənayelərə dair panel sessiyalar və dəyirmi masalar keçiriləcək.
Noyabrın 29-30-da Heydər Əliyev Mərkəzində forum çərçivəsində “Türk dünyası animasiya şəbəkəsinin qurulması”, “Türk dünyasının yumor sahəsi üzrə əməkdaşlıq perspektivləri” və digər mövzularda dəyirmi masalar da təşkil olunacaq.
Sabah Bakıda 30° isti olacaq
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib
Bu gün 20 minədək bakalavr magistraturaya imtahan verir
Ağdamda qreyder minaya düşüb,sürücü ayağından xəsarət alıb
Cüdoçumuz Elcan Hacıyev də Avropa çempionu olub
Alkoqolun təsiri altında tanışını öldürüb, həyətdə basdırdı
Laçın Ukraynanın İrpen şəhəri ilə qardaşlaşacaq
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər
Azərbaycan Qırğızıstana neft məhsulları ixrac edəcək
Hidayət Heydərov dördqat Avropa çempionudur
Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb
Moskva Azərbaycan-Ermənistan sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır-Peskov
“Koroğlu”da narkokuryerdən 2 kq-dan çıx nakotika götüülüb
Monteneqro prezidenti Sahibə Qafarova ilə görüşüb
Paytaxtda qızıl mağazasından oğurluq edən saxlanılıb
Yaxın günlərdə Laçının Sus kəndinə 59 ailə köçürüləcək
Sabah Bakıda 31° isti olacaq
ANAMA-nın 43 yaşlı əməkdaşı Şuşada minaya düşüb
Azər Quliyevin “Sanki yoxsan” filmi Kann festivalında
Hərbçilərimiz İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər
“Paris-2024”: Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb
FIFA prezidenti “Qarabağ”ı təbrik edib
Azərbaycan nefti 90,68 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb