logo

Paytaxtda “Volkswagen”dən 7 min manat oğurlanıb

12:12 28-11-2023 | icon 588
Paytaxtda “Volkswagen”dən 7 min manat oğurlanıb

Noyabrın 25-nə keçən gecə Sabunçu Rayon Maştağa qəsəbəsi ərazisində “Volkswagen” markalı bir avtomobildən 7 min manat məbləğində pulun qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, rayon polis idarəsinin 14-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Ə.Əliyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.