logo

Quba, Qusar və Xızı rayonlarına 14 sm qar yağıb

09:45 28-11-2023 | icon 574
Quba, Qusar və Xızı rayonlarına 14 sm qar yağıb

Noyabrın 27-dən başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb.

YeniAvropa xəbər verir ki, bu barədə Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildirilib.

Qeyd edilib ki, ən çox qar Qubanın Qırız və Xınalıq kəndlərinə yağıb. Burada qarın hündürlüyü 14 santimetrə çatıb. Region üzrə ən aşağı temperatur (-8,6) Qudyalçay – Xınalıq məntəqəsində qeydə alınıb.

Xızı rayonun Altıağac qəsəbəsində qarın hündürlüyü 13, Qusarın Ləzə kəndində isə 12 sm-dir.

Quba və Qusarın rayon mərkəzlərində qar qeydə alınmayıb.