logo

Sabah Bakıda arabir yağış yağacaq,güclü külək əsəcək, 12° isti olacaq

15:15 27-11-2023 | icon 854
Sabah Bakıda arabir yağış yağacaq,güclü külək əsəcək, 12° isti olacaq

Azərbaycanda noyabrın 28-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərində yağıntının qısa müddətə intensivləşəcəyi ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 6-8°, gündüz 9-12° isti olacaq.

Azərbaycanın rayonlarının bəzi yerlərində arabir havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-7°, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.