logo

Sərnişinlər metronun "Nəsimi" stansiyasında nədən düşürülüblər?

10:10 27-11-2023 | icon 735
Sərnişinlər metronun "Nəsimi" stansiyasında nədən düşürülüblər?

“Dərnəgül-Bakmil” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq ehtimalı ilə sərnişinlər "Nəsimi" stansiyasında düşürülüb.

“Bakı Metropoliteni” QSC-dən YeniAvropa-ya bildirilib ki, qatar baxış keçirilməsi üçün “Memar Əcəmi” stansiyasında dalan yola verilib.

“Hazırda araşdırma aparılır. Xətlər üzrə yubanma, qatarların hərəkət sahəsindən aslı olaraq, 3-5 dəqiqə təşkil edib”, - deyə məlumatda bildirilir.