logo

Ölkəyə qanunsuz dərman gətirilməsinin qarşısı alınıb

09:59 27-11-2023 | icon 3052
Ölkəyə qanunsuz dərman gətirilməsinin qarşısı alınıb

Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən YeniAvropa-ya bildirilib ki, idarənin əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Gürcüstanla sərhəddə yerləşən “Qırmızı Körpü” gömrük postunda Türkiyədən gələn Azərbaycan vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsinə gömrük yoxlaması həyata keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusundan gömrük orqanına bəyan olunmamış 18 karton qutudan 147 adda külli miqdarda dərman preparatları aşkar olunaraq götürülüb.