logo

Lerikdə dağlıq-meşəlik ərazidə yanğın başlayıb

15:14 26-11-2023 | icon 5348
Lerikdə dağlıq-meşəlik ərazidə yanğın başlayıb

Lerik rayonu, Xanagah kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın baş verib.

Lerik rayon Fövqəladə Hallar Komissiyasından YeniAvropa-ya bildirilib ki,yanğın Lerik -Yardımlı rayonları arasında yerləşən Xanagah kəndində qeydə alınıb: "Yanğın bir neçə ərazidə baş verib. Hazırda yanğın 1,5 hektar ərazini əhatə edir. Güclü külək olmasına baxmayaraq, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının qarşısını almağa çalışırlar".

Bildirilib ki, FHN -nin Cənub Regional Mərkəzinin rəhbərliyi və aidiyyəti qurumların nümayəndələri əraziyə gəlib.

yanğın barədə əlavə məlumat veriləcək.