logo

Azərbaycan, Türkmənistan və Türkiyə gömrük sahəsində əməkdaşlıq edəcək

16:32 24-11-2023 | icon 1498
Azərbaycan, Türkmənistan və Türkiyə gömrük sahəsində əməkdaşlıq edəcək

Azərbaycan, Türkmənistan və Türkiyə gömrük orqanlarının nümayəndələri onlayn-görüş əsnasında gömrük əməkdaşlığı üzrə birgə Məşvərət Qrupunun yaradılması ilə bağlı növbəti addımları müzakirə ediblər.

YeniAvropa Türkmənistan KİV-ə istinadla xəbər verir ki, görüş iştirakçıları yaxın gələcəkdə Məşvərət Qrupunun üzvləri barədə məlumat mübadiləsi aparmaq, onun ilk iclasının vaxtını və yerini müəyyən etmək, habelə tərəflərin gömrük sərhədlərindən keçən nəqliyyat vasitələri və mallar haqqında qarşılıqlı məlumat mübadiləsini təşkil etmək imkanını nəzərdən keçiriblər.

Qeyd edək ki, Azərbaycan, Türkmənistan və Türkiyə hökumətləri arasında gömrük əməkdaşlığı üzrə birgə Məşvərət Qrupunun yaradılması ilə bağlı qarşılıqlı anlaşmaya dair memorandum 14 dekabr 2022-ci il tarixində Türkmənbaşı şəhərində imzalanıb. Qrupun məqsədi malların hərəkətinin və məlumat mübadiləsinin sürətləndirilməsi üçün gömrük prosedurlarının sadələşdirilməsindən, habelə qarşılıqlı ticarət əməkdaşlığının inkişafına təkan verəcək əlverişli şərtlərin yaradılmasından ibarətdir.