logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb

09:29 21-11-2023 | icon 756
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün ölkə ərazisində törədilmiş 48 cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 109,o cümlədən borclu şəxs qismində axtarışda olan 90 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 51 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.