logo

Balıqçıların II Qurultayı keçiriləcək

15:55 20-11-2023 | icon 1113
Balıqçıların II Qurultayı keçiriləcək

Noyabrın 24-də ölkəmizdə sayca ikinci olan Balıqçılar Qurultayı keçiriləcək. Su İdmanı Sarayında keçiriləcək tədbirin təşkilatçısı “Bakı Balıqçılar və Sualtı Ovçular Klubu” İctimai Birliyidir.

Təşkilatdan YeniAvropa-ya verilən məlumata görə, qurultayda Türkiyə və Qazaxıstan nümayəndələrinin də iştirakı gözlənilir.

Tədbirdə Qazaxıstanın “İdman Balıq ovu Federasiyası” ilə “Bakı Balıqçılar və Sualtı Ovçular Klubu” İctimai Birliyi arasında memorandum imzalanacaq.

Qurultayda “Beynəlxalq inkişaf” , “Balıqçılığın inkişafı” və “Sualtı və Qayıqla ovlanma texnikası” mövzularında müzakirələr təşkil olunacaq.