logo

Ötən həftə Azərbaycanda  22 nəfər koronavirusa yoluxub, 6 nəfər ölüb

13:53 20-11-2023 | icon 3892
Ötən həftə Azərbaycanda  22 nəfər koronavirusa yoluxub, 6 nəfər ölüb

Noyabrın 13-dən 19-dək Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 21 yoluxma faktı qeydə alınıb, 13 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib.Qeyd edilib ki, ötən həftə analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 834 min 135 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 823 min 729 nəfər müalicə olunaraq sağalıb, 10 min 367 nəfər vəfat edib. Aktiv xəstə sayı 39 nəfərdir.

Son həftədə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 42, bu günə qədər isə ümumilikdə 7 milyon 711 min 925 test icra olunub.