logo

Xavyer Miley Argentinanın yeni prezidenti seçilib

09:29 20-11-2023 | icon 1834
Xavyer Miley Argentinanın yeni prezidenti seçilib

Argentinada keçirilən prezident seçkilərinin qalibi məlum olub.

YeniAvropa xəbər verir ki, sağçı siyasətçi Xavyer Miley Argentinanın yeni prezidenti seçilib.

Onun rəqibi, hakim partiyanın namizədi Serxio Massa Xavyer Mileti təbrik edib.

Yeni prezident növbəti dörd ildə Argentinaya rəhbərlik edəcək.

Argentinada prezident seçkilərinin ikinci turunda səsvermədə ən yüksək dövlət postu uğrunda iki namizəd yarışıb. Əsas mübarizə hakim “Vətən naminə birlik” koalisiyasından namizədliyi irəli sürülmüş iqtisadiyyat naziri Serxio Massa və “Azadlıq gəlir” alyansına daxil olan Libertarian Partiyasının sədri deputat Xavyer Miley arasında gedib.