logo

Ərdoğan Almaniyaya səfərə gedib

15:35 17-11-2023 | icon 2128
Ərdoğan Almaniyaya səfərə gedib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyaya yola düşüb.

YeniAvropa xəbər verir ki, prezident Ərdoğan səfər çərçivəsində paytaxt Berlində Almaniya kansleri Olaf Şolts ilə görüşəcək.

Birgünlük səfəri çərçivəsində Türkiyə prezidentinin almaniyalı həmkarı Frank-Valter Ştaynmayer ilə təkbətək və heyətlərarası görüşü də keçirəcək.

Prezident Rəcəb Tayyib Ərdoğanı xarici işlər naziri Hakan Fidan, ticarət naziri Ömer Bolat, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və prezidentin baş müşaviri Akif Çağatay Kılıç müşaiyət edirlər.