logo

Salyanda Kür çayının sahilində odlu silahlar aşkarlanıb

14:37 17-11-2023 | icon 1113
Salyanda Kür çayının sahilində odlu silahlar aşkarlanıb

Salyan rayonunda Kür çayının sahilində odlu silahlar aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, Salyan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Kürkənd kəndi ərazisində, Kür çayının sahilindən 2 ədəd “İJ” markalı ov tüfəngi aşkarlanaraq götürülüb.

Faktla bağlı, RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.