logo

“Yalama Aqropark”dakı  yanğının səbəbləri bəlli olub

09:49 17-11-2023 | icon 1379
“Yalama Aqropark”dakı  yanğının səbəbləri bəlli olub

Xaçmaz rayonunun Yalama qəsəbəsində yerləşən “Yalama Aqropark”da baş verən yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.

YeniAvropa xəbər verir ki, noyabrın 16-sı günorta saatlarından başlayan yanğın artıq tam məhdudlaşdırılıb və ərazidə soyutma işləri görülüb.

Hazırda ərazidə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin canlı qüvvəsi və 4 yanğınsöndürən maşını var.

Yanğın aqroparkın 5 min kvadratmetrə yaxın ərazini əhatə edən ot anbarında baş verib. Anbardakı ot ehtiyatı kipləşdirilmiş bağlamalarda saxlanılırdı. Yanğınsöndürənlər tərəfindən yanğının heyvandarlıq kompleksindəki fermalara keçməsinin qarşısı alınıb.

Qeyd edək ki, “Yalama Aqropark” ölkə üzrə ən iri heyvandarlıq təsərrüfatlarından biridir.