logo

Azərbaycanda 75 min ailə ünvanlı sosial yardım alır

16:56 16-11-2023 | icon 1260
Azərbaycanda 75 min ailə ünvanlı sosial yardım alır

Azərbaycanda 75 min ailə ünvanlı sosial yardım alır. Bu da hər ailəyə 490 manat vəsaitin ayrılması deməkdir.

YeniAvropa xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında 2024-cü il üzrə büdcə zərfinə daxil olan qanun layihələrinin ikinci oxunuşda müzakirəsi zamanı bildirib.

Əlilliklə bağlı fikirlərini bölüşən A.Kərimov ölkədə 40 mindən çox insanın əlillik müavinəti aldığını və bunlardan 4 mindən artığının Vətən müharibəsi iştirakçısı olduğunu qeyd edib.

Naziri müavini deyib ki, şəhid ailəsi üzvlərindən 5500 nəfər, müharibə əlliliyi olan 3200 nəfər Əmək və Sosial Müdafiə Nazirliyi tərəfindən məşğulluğa cəlb edilib.