logo

Qarabağda biznes qurmaq üçün 1550-dən artıq müraciət olub-KOBİA

16:32 16-11-2023 | icon 1218
Qarabağda biznes qurmaq üçün 1550-dən artıq müraciət olub-KOBİA

KOBİA Qarabağ bölgəsində biznes qurmaq, investisiya yatırmaq istəyən sahibkar və investorlardan müraciətləri qəbul etməkdədir.

YeniAvropa xəbər verir ki, bu barədə KOBİA İdarə Heyəti sədrinin müavini Rüfət Atakişiyev deyib.

O bildirib ki, bu günə qədər 1550-dən artıq müraciət müvafiq formaya uyğun qeydə alınıb: “Onlardan 500-ü xarici müraciətdir. Müraciətlərin intensivliyi, həcmi yerli və xarici investorların Qarabağda biznes fəaliyyətinə marağının kifayət qədər yüksək olduğunu göstərir”.